Belçikada milyonlarla vətəndaşın, o cümlədən Avropa Komissiyasının və digər Avropa qurumlarının əməkdaşlarının şəxsi məlumatları kiberhücum nəticəsində açıq internetdə yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Echo” nəşri yayıb.
Bildirilib ki, hakerlər tərəfindən oğurlanan məlumatlar arasında dövlət qurumlarının, eləcə də Avropa səviyyəsində fəaliyyət göstərən bəzi rəsmilərin şəxsi məlumatları yer alıb. Belə ki, jurnalistlər sızan məlumatları araşdırarkən Avropa qurumlarının azı beş əməkdaşının məxfi vərdişlərini və gündəlik həyatına dair detallarını üzə çıxarıblar.
Avropa Komissiyası hadisədən narahatlığını ifadə edib və bütün əməkdaşlara şəxsi və iş cihazlarında təhlükəsizlik parametrlərini yeniləmək barədə göstəriş verib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məlumat sızmasının mənbəyi müəyyənləşdirilməyə çalışılır.
Bakı 











