• Bakı 34° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Binəqədidə ev yandı - VİDEO
HADİSƏ
15 Iyul 2025 | 21:51

Binəqədidə ev yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 780kv.m. olan ikimərtəbəli mansard tipli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, həmçinin bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansard hissəsi yanıb. 

Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizə olunub.

 

 


SON XƏBƏRLƏR

15 Iyul 2025