• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bir də aşiq ola bilməyəcəyik - Oğuz Ayvaz yazır
YAZARLAR
08 Noyabr 2021 | 11:03

Bir də aşiq ola bilməyəcəyik - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Dünya dəyişməyə doğru yelkənlərini qaldırıb ağır-ağır ləngər vurur. Pandemiyanın gəlməsi özü ilə birlikdə yenilik, böhran, virtuallaşma, post insan modeli də gətirdi deyə bilərik. İnsanlar ibtidai icma quruluşuna geri qayıtdılar. Mağara həyatı genetik kodlarımıza işıq saçdı. Vəhşi təbiətlə, heyvanları ovlamaqla keçən ilkin həyat təcrübəsini günün bu günü də yaşamaqdayıq.

Armstronq "Miflərin qısa tarixi" kitabında yazırdı, insanlar ibtidai dövrdə heyvanları öldürəndə onların da özləri kimi öldüklərini görür və günah hissi yaşayırdılar. Heyvanları ovlamaq insanların yaşamaq mübarizəsinin təməliydi. Onlar ovlamasa, ac qalardılar. Yaşamaq üçün başqalarının qurban olması tələb olunurdu. XXI əsrdə isə insanın özü qurbana çevrildi. Bu günün insanı necə həyatda qalmalıdır? Necə yaşamağın qulpundan yapışmalıdır? Onlayn iş, onlayn təhsil, onlayn alış-veriş, onlayn ünsiyyət, onlayn iclaslar. Ardını davam edə bilərsiniz... Heç yerə getmədən uzağı yaxın edirik. Emosiyalarımız, hisslərimiz, təbəssümlərimiz artıq manitordan görünür. Əslində mağaramıza evimizə geri dönüş etmişik. 

Hələ bir də Mark feysbuk şirkətinin adını dəyişib Mate elədi. Bu Mate o demək olacaq ki, artıq virtual dünyaya köç edəcəyik. Bu platformada 3D eynəklərdən istifadə edərək dostlarımızla görüşə, səyahətlər edə biləcək, istədiyimiz yeməyi sifariş edəcəyik. Bir sözlə virtual olaraq aşiq olacaq, sevinəcək, üzüləcək, oyunlar oynamağa da müvəffəq olacağıq. İnsan münasibətlərinin sonu yaxın görünür. 

Təsəvvür edə bilmirəm ki, insanın içində sevgi bitəcək, dostluq sonlanacaq, ailə modelləri süquta uğrayacaq. Ağlasığmaz bir dünya şərtləri bizi öz ağuşuna alacaq? Mark deyir ki, 1 milyard insana 3D eynəkləri satmağı hədəf qoymuşuq. Bir də baxdınız 1 milyard oldu 5 milyard. İndi zarafat kimi gələ bilər bunlar. Yaxın 10-15 ildə dünya əsaslı formada dəyişəcək, insan tanımaq çətinləşəcək. 

İnternet əsrinin vətəndaşlarıyıq. Virtual ünsiyyət qurulduğu üçün insan rahat yalan danışır. Canlı ünsiyyətdə olduğu kimi yalan danışanın üzü qızarmır, əli-ayağı əsmir. Alimlər belə qənaətə gəliblər ki, virtual söhbətlər və internet vasitəsilə qurulan ünsiyyətdə yalan daha çox olur. Onlar araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər ki, bu gedişlə internet əsri yalan çağına çevriləcək.

Hələ qarşıdakı 50 ildə bizi ünsiyyətsiz, qeyri-səmimi, depressiv dövr gözləyir. Danışdıqlarım bunun ilkin cücərtiləridir. Daha duyğusuz, daha hissiz dövrlərdə görüşmək üzrə...


SON XƏBƏRLƏR

25 Aprel 2024