• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Böyük Dəbilqə: Ömər Rəcəbli bürünc medal qazanıb
İDMAN
29 Avqust 2026 | 21:25

"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli bürünc mükafata sahib çıxıb.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.

Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR