Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, ölkədə qızılcaya qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvəndləmə tədbirləri davam etdirilir: "Bunun nəticəsində son aylarda respublika ərazisində qızılca xəstəliyinə yoluxma halları qeydə alınmayıb".