• Bakı 34° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Dilqəm Əsgərovun oğlu atasından üzr istədi, barışdılar
CƏMİYYƏT
15 Iyul 2025 | 23:27

Dilqəm Əsgərovun oğlu atasından üzr istədi, barışdılar

Vaxtilə erməni əsirliyində olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında düşən mübahisə barışıqla bitib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlama verən K.Əsgərov bildirib ki, atası ilə barışıb

"Bildiyniz kimi atam Dilqəm Əsgərovla mənim aramda mübahisə olmuşdu. Mən əsəblərimi cilovlaya bilmədim və atam əleyhinə danışmışdım. Biz artıq barışmışıq. O mənim böyüyümdür. Mən mətbuat vaistəsi ilə atam Dilqəm Əsgərovdan üzr istəyirəm".

Qeyd edək ki, uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında bir müddət öncə mülkiyyət üstündə münaqişə baş vermişdi. K.Əsgərov atasının əsirlikdən qayıtdıqdan sonra atası ilə münasibətinin kəskinləşdiyini, hətta baltalı hücuma məruz qaldığını bildirmişdi. O, atasından Şəmkir Polis Şöbəsinə şikayət etmişdi.


SON XƏBƏRLƏR

15 Iyul 2025