Bu gün Fransanın PSJ klubu ilə İtaliya “İnter”i UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, həlledici oyundan əvvəl komandaya dəstək məqsədi ilə Parisdəki Eyfel qülləsində “İrəli, Paris” yazısı əks olunub.
Şəhər meriyası bu matçda PSJ-nin vurduğu hər qol üçün Eyfel qülləsinin işıqlandırılacağını da açıqlayıb.
Qeyd edək ki, PSJ - "İnter" oyunu Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.