Türkiyə təmsilçisi "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin səhhətində infeksiya aşarlandığı üçün o, xəstəxana şəraitində müalicə alacaq.
Qeyd edək ki, Mert Hakan Yandaş cari mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub.