Dünyanın gözü yenidən Bakıda olacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, bu gün Azərbaycan paytaxtında minifutbol üzrə dünya çempionatına start veriləcək.
Çempionatın ilk günündə 8 oyun keçiriləcək.
A qrupunda yer alan millimiz Bəhreyn yığması ilə üz-üzə gələcək. Matç saat 20:30-da başlayacaq.
Bu görüşdən əvvəl turnirin açılış mərasimi keçiriləcək. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya yığmaları qarşılaşacaq.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.