• Bakı C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

İçinə buz qatıb için - Zərərini xeyli azaldır
CƏMİYYƏT
17 Dekabr 2025 | 18:20

İçinə buz qatıb için - Zərərini xeyli azaldır

Yeni il gecəsində alkoqolun yağlı yeməklərlə birlikdə qəbulu qaraciyər və mədəaltı vəz üçün ciddi risk yaradır.

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı dietoloq Yelena Ustinova bildirib ki, alkoqolun yağlı ət yeməkləri, hisə verilmiş məhsullar və mayonezli salatlarla birlikdə yeyilməsi orqanizmə əlavə yük yaradır. Bu cür birləşmələr qaraciyər, mədəaltı vəzi və öd kisəsinin normal fəaliyyətini çətinləşdirir.

Həkimin sözlərinə görə, alkoqolu daha yüngül qəlyanaltılarla qəbul etmək məsləhətdir. Həmçinin müxtəlif növ spirtli içkiləri qarışdırmaq olmaz, çünki bu, orqanizm üçün riski artırır. Alkoqolun buzla bir qədər soyudulması isə içkinin təsirini zəiflədə və qəbul edilən miqdarı azalda bilər.

O,  yeni il gecəsində 1-2 əsas yemək və 1 qarnir ilə kifayətlənməyi tövsiyə edib. Onun sözlərinə görə, sənaye üsulu ilə hazırlanan mayonezli salatların həddindən artıq qəbulu mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Ustinova xəbərdarlıq edib ki, yağlı ət, kürü, qızardılmış yeməklər və ağır salatların eyni vaxtda yeyilməsi pankreatit tutması və ya mədənin güclü qıcıqlanması kimi problemlərə yol aça bilər./Milli.az


SON XƏBƏRLƏR