• Bakı 22° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

“İranın nüvə silahı hazırladığını deməmişik” - Qrossi
DÜNYA
08 Iyun 2026 | 19:05

“İranın nüvə silahı hazırladığını deməmişik” - Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi Vyanada keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi qurumun İranın nüvə silahı hazırladığını iddia etmədiyini söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qrossi bəzi dairələrin ittihamlarına cavab olaraq agentliyin rəsmi mövqeyini qətiyyətlə müdafiə edib:

“Biz onların nüvə silahı hazırladığını deməmişik. Onların obyektlərinə giriş imkanımız olduğu dövrdə də bunu deməmişdik, indi də deyə bilmərik. Rəsmi Tehran keçmişdə agentliyin suallarına heç də həmişə tam və şəffaf cavablar verməyib. Bölgədəki aktiv hərbi əməliyyatlar səbəbindən agentlik təxminən bir ildir ki, İranın nüvə obyektlərinə daxil olmaq imkanından məhrumdur. Hazırda yalnız Buşehr atom elektrik stansiyasında (AES) bu yaxınlarda aparılan yoxlamalar istisna təşkil edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR