• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

İsrail qırıcıları Suriyada silah-sursat anbarlarını MƏHV ETDİ
DÜNYA
15 Iyul 2025 | 19:32

İsrail qırıcıları Suriyada silah-sursat anbarlarını MƏHV ETDİ

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın cənubundakı İzra şəhərində komanda məntəqəsini və silah-sursat anbarlarını məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya dövlət telekanalının məlumatında deyilir.

Dəməşqdən 65 km məsafədə yerləşən İzrada 12-ci Tank Alayının səhra düşərgəsi yerləşir. Komanda məntəqəsi, sursat anbarları və yanacaq anbarı məhv edilib.

Telekanalın məlumatına görə, təyyarələr Dəməşqdən cənub rayonlarına gələrək orada sabitliyi bərpa etmək və druz dağ özünümüdafiə qüvvələrini tərksilah etmək üçün Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin mexanikləşdirilmiş kolonnalarına hücum edib.


SON XƏBƏRLƏR

15 Iyul 2025