• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

KTMT üzvlərinin Ermənistanla bağlı QƏRARI NƏ OLACAQ? 
SİYASƏT
27 Avqust 2026 | 16:40

KTMT üzvlərinin Ermənistanla bağlı QƏRARI NƏ OLACAQ? 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) Baş katibi Taalatbek Masadıkov bildirib ki, Ermənistanın təşkilatdan çıxarılması qərarı təşkilata üzv dövlətlərin ali baş komandanlarının səlahiyyətindədir. 

Ermənistan Baş naziri Nikol Paşinyan isə brifinqdə KTMT və Rusiyanı təhlükəsizlik üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb:

“Təhlükəsizlik sahəsindəki öhdəliklərini niyə yerinə yetirmədiklərini KTMT və Rusiyadan soruşsanız, daha yaxşı olar. Mən nə cavab verməliyəm?”. 

Politoloq Əli Oruclu bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, son dövrlərdə Paşinyan hökuməti özünü Qərbə inteqrasiya tərəfdarı kimi göstərir və apardığı siyasi kursun buna uyğun formalaşdığını deyir. 

Lakin ekspert hesab edir ki, Ermənistan hökuməti Rusiya ilə ciddi qarşıdurma içində olduğunu göstərməyə çalışsa da, arxa pərdədə İrəvan və Moskva arasında iqtisadi əlaqələrin olduğu bəllidir: 

“Ermənistan Rusiyanın patronajlığı qurulan təşkilatlarda, xüsusən iqtisadi strukturlarda qalmağın vacibliyini dərk edir. Ermənistan istəsə də, istəməsə də iqtisadi cəhətdən və təhlükəsizlik baxımından bu gün Rusiyaya, onun rəhbərlik etdiyi qurumlara ciddi ehtiyacı var. KTMT də burada xüsusi önəm daşıyır. Doğrudur, Ermənistan bir qədər manevr imkanları artırmaq, Qərbə yönəlik siyasətin reallığını göstərmək üçün KTMT kimi qurumlarla münasibətləri dondurmağa çalışır. Bunun uzun müddət davam etməyəcəyi bəllidir. Çünki KTMT-nin digər üzvləri Ermənistandan qəti qərarın verilməsini tələb edirlər. Bundan öncə Rusiya açıq şəkildə İrəvan qarşısında tələb qoymuşdu ki, hansı yolu seçəcəyi ilə bağlı daxildə referendum keçirsin. İrəvan isə buna tələsmir. Nə qərbyönümlü siyasətdən əl çəkmək istəyir, nə də artıq formalaşmış təhlükəsizlik çətirindən birmənalı imtina etməyi düşünür”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026