• Bakı 26° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

“Maşa və Ayı”nın yaradıcısı məhkəməyə verilib
DÜNYA
29 Avqust 2026 | 15:14

“Maşa və Ayı”nın yaradıcısı məhkəməyə verilib

Moskvanın Kuzminski Rayon Məhkəməsi oktyabrın 19-da məşhur “Maşa və Ayı” cizgi filminin personajlarının yaradıcısı Oleq Kuzovkova qarşı “Maşa və Ayı” MMC-nin qaldırdığı iddiaya baxmağa başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

İddia personajlara müstəsna hüquqların tanınması ilə bağlıdır.

Məlumata görə, Kuzovkov 2010-cu ildə şirkətlə personajlardan istifadə üzrə müstəsna hüquqlara dair müqavilə bağlayıb. Müqavilənin müddəti 2025-ci ildə başa çatıb. Bundan sonra tərəflərin əməkdaşlığı dayandırılıb.

Daha sonra Kuzovkov “Maşa və Ayı” əsasında tammetrajlı film hazırlamaq niyyətində olduğunu açıqlayıb. Bundan sonra cizgi serialının hüquq sahibi olan şirkət məhkəməyə müraciət edib.

Hazırda tərəflər arasında əsas mübahisə məşhur personajlar üzərində müstəsna hüquqların kimə məxsus olması ilə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026