“Qalatasaray” hücum xəttini dünya səviyyəli futbolçu ilə gücləndirir. İstanbul təmsilçisi “Milan”ın və Portuqaliya millisinin ulduzu Rafael Leaonun transferini yekunlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni klubu “Qalatasaray” olacaq.
“Sky Sport”un məlumatına görə, Türkiyə klubu transfer üçün “Milan”a 43 milyon avro sabit ödəniş edəcək. Müqavilədə əlavə 2 milyon avroluq bonus da nəzərdə tutulub.
Beləliklə, transferin ümumi dəyəri 45 milyon avroya çata bilər.
Bundan başqa, “Milan” Rafael Leaonun gələcəkdə başqa kluba satılacağı təqdirdə transfer məbləğinin 20 faizini əldə edəcək.
Futbolçunun “Qalatasaray”la 2030-cu ilə qədər müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Rafael Leao “Milan”ın heyətində 2021/22 mövsümündə İtaliya A Seriyasının qalibi olub və son illərdə komandanın əsas hücum silahlarından biri kimi çıxış edib.












