• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Ukrayna Rusiyanın bufer zonası yaratdığını açıqladı
DÜNYA
29 Avqust 2026 | 17:14

Ukrayna Rusiyanın bufer zonası yaratdığını açıqladı

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Pavlo Palisa Rusiyanın Xarkov, Sumı və qismən Çerniqov vilayətlərində bufer zona yaratmaq planını saxladığını bildirib. Onun sözlərinə görə, nəzərdə tutulan zonanın dərinliyi 20 kilometrə qədər çata və sonradan daha da genişləndirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb.

Palisa jurnalistlərə açıqlamasında bildirib ki, Moskvanın Xarkov və Sumı vilayətlərində, eləcə də qismən Çerniqov istiqamətində 20 kilometrə qədər dərinlikdə bufer zona yaratmaq planları qüvvədə qalır.

Onun sözlərinə görə, bu zonanın gələcəkdə daha da genişləndirilməsi mümkündür.

“Bufer zonasının genişləndirilməsi, ilk növbədə, pilotsuz uçuş aparatlarının texniki və istismar xüsusiyyətlərindəki dəyişikliklərlə bağlıdır”, – Palisa deyib.

Ukrayna rəsmisi həmçinin iddia edib ki, Rusiya Kiyev və Çerniqov istiqamətlərində mümkün əməliyyatlar üçün bir neçə ssenari üzərində işləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026