• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Ukrayna səfiri Türkiyə XİN-ə çağırılıb
DÜNYA
29 Avqust 2026 | 17:49

Ukrayna səfiri Türkiyə XİN-ə çağırılıb

Türkiyə Qara dənizdə Türkiyə şirkətinə məxsus gəminin və ona yardım üçün göndərilən digər gəminin vurulması ilə bağlı Ukraynaya rəsmi etirazını çatdırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata əsasən, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Tuapse sahilləri yaxınlığında hücuma məruz qalıb. Bir gün sonra isə zədələnmiş gəmini çəkmək və ona yardım göstərmək üçün göndərilən digər gəminin də hədəf alındığı bildirilib.

Hadisələrdən sonra Ankara diplomatik kanallarla Kiyevə öz narazılığını çatdırıb.

Türkiyə XİN-də keçirilən görüş zamanı Ukrayna səfirinə Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanıb.

Nazirlikdəki mənbənin sözlərinə görə, Türkiyə tərəfi həm insan həyatı və əmlakın, həm də dəniz nəqliyyatı və ətraf mühitin təhlükəsizliyinə risk yaradan addımlarla bağlı xəbərdarlıq edib.

Ankara Qara dənizdə kommersiya və mülki gəmilərə qarşı hücumların regional təhlükəsizlik baxımından qəbuledilməz risklər yaratdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026