• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Pezeşkian İranda inflyasiyanın həcmini açıqladı
DÜNYA
29 Avqust 2026 | 18:11

Pezeşkian İranda inflyasiyanın həcmini açıqladı

İran Prezidenti Məsud Pezeşkian ABŞ sanksiyaları və limanların dəniz blokadası səbəbindən ölkənin ixrac və idxal əməliyyatlarının təxminən 35% azaldığını rəsmən etiraf edib.

Bakıvaxtı.az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.

İranın ali lideri Müctəba Xamenei hökuməti qiymət artımını cilovlamağa çağırsa da, ölkədə iqtisadi təzyiqlər pik həddə çatıb və illik inflyasiya 66%-ə yüksəlib.

Pezeşkian həmçinin bildirib ki, Vaşinqtonun neft ixracına müvəqqəti icazə verdiyi qısamüddətli iyun memorandumu dövründə Tehran təxminən 90 milyon barrel neft sata bilib. Hazırda ABŞ Maliyyə Nazirliyi Misirin "Banque Misr" bankına qarşı sanksiya tətbiq edərək digər ölkələri də təhdid edir.

Blokadaya baxmayaraq, iranlı tacirlər yükləri Oman vasitəsilə fərqli ölkələrin adı ilə sənədləşdirərək gizli şəkildə Tehrana daşımağın yollarını tapıblar. Eyni zamanda dünya neft nəqlinin 20%-ni təmin edən Hörmüz boğazından keçən gəmilərin gündəlik sayı yarıbayarı azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026