• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Trampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi
DÜNYA
29 Avqust 2026 | 18:54

Trampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi

ABŞ Prezidenti Donald Trampın çıxışlarının məzmunu ilə bağlı mərclər edən teleprompter operatoru 172 min dollardan artıq məbləğdə cərimə ödəməyə məcbur edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Əmtəə Füçersləri Ticarəti Komissiyasının (CFTC) yaydığı rəsmi məlumatda bildirilir.

Qurumun rəsmi internet səhifəsində yer alan məlumata əsasən, həmin şəxs Ağ Ev rəhbərinin nitqlərinin məzmununa pul qoyuluşu edərək 107 min dollardan çox gəlir əldə edib.

Hazırda ondan həm bu qazancı geri qaytarmaq, həm də 65 min dollar dəyərində cəriməni ödəmək tələb olunur. Bununla yanaşı, operatora növbəti üç il müddətində hər hansı proqnoz platformasında mərc etmək qadağası qoyulub.

CFTC nümayəndələri vurğulayıblar ki, sözügedən şəxs Trampın öz çıxışları zamanı səsləndirdiyi xüsusi sözlər və ifadələr üzrə mərclər həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026