Misli Premyer Liqasında III tura start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.
Bu nəticədən sonra "Şamaxı" iki xalla 7-ci, meydan sahibləri bir xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Şəfa" "İmişli"ni qəbul edəcək.
Xatırladaq ki, turun digər matçları 30-31 avqustda baş tutacaq.












