• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Şirvanda yol qəzası: ölən və yaralanan var - YENİLƏNİB
HADİSƏ
29 Avqust 2026 | 20:32

Şirvanda yol qəzası: ölən və yaralanan var - YENİLƏNİB

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yaralanan şəxs Şirvan sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Çingiz Həsənalı oğlu, ölən şəxs isə Şirvan şəhər sakini, 1970-ci il təvəllüdlü Mehtiyev Elman Mikayıl oğlu olub.

***

19:35

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az bildirir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı yük avtomobili ilə "Xəzər" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026