Son 48 saat ərzində İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi yeni hücumlar nəticəsində azı 9 fələstinli həlak olub, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıvaxtı.az bu barədə "Al Jazeera" telekanalına istinadla xəbər verir.
Rəsmi hesabata görə, 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlar nəticəsində Qəzzada həyatını itirən fələstinlilərin ümumi sayı 73 min 449 nəfərə yüksəlib, yaralıların sayısı isə 174 min 472 nəfərə çatıb.
Hesabatda həmçinin qeyd olunur ki, ötən il tərəflər arasında əldə olunan şərti atəşkəs razılaşmasından sonrakı dövr ərzində baş verən lokal toqquşmalarda azı 1 313 fələstinli ölüb, 4 361 nəfər isə yaralanıb.












