• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Paşinyan İlham Əliyevin qərarını alqışladı
DÜNYA
11 Dekabr 2025 | 21:04

Paşinyan İlham Əliyevin qərarını alqışladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi ilə bağlı qərarını alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxış edən N.Paşinyan regionda müşahidə olunan müsbət dinamikanın iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını bildirib.

“Regional kommunikasiyaların açılması böyük regionun bütün ölkələri üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər”, – deyə o qeyd edib.

Ermənistanın Baş naziri Azərbaycanın bu qərarını regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirdiyini vurğulayıb.


SON XƏBƏRLƏR