Rusiya müharibənin 1193-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 592 PUA-sı, 609 zenit-raket kompleksi, 23 671 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 491 artilleriya və minaatanı, 36 243 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.