• Bakı 25° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Rusiyaya gedən gəmi İsveçin cənub sahillərində quruya düşüb
DÜNYA
31 May 2025 | 19:47

Rusiyaya gedən gəmi İsveçin cənub sahillərində quruya düşüb

Rusiyanın Vısotsk limanına gedən Panama bayraqlı “Meshka” yük gəmisi İsveçin cənubundakı Landskrona şəhəri yaxınlığında quruya çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SVT telekanalı Dəniz Administrasiyasına istinadən məlumat yayıb.

Dəniz Administrasiyasının sözçüsü Byorn Alverfeldta bildirib ki, gəminin yükü yoxdur və Finlandiya sərhədi yaxınlığındakı Vısotska gedir.

Telekanalın məlumatına görə, Sahil Mühafizəsinin nümayəndələri 180 metrlik gəmidədir. Gəmiyə suyun daxil olması barədə məlumat yoxdur.

Silahlı Qüvvələr vəziyyətin nəzarət altında olduğunu və hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Mövcud məlumata görə, gəminin çənlərində 938 min litr mazut var. Hələlik dəniz mühitinə emissiya müşahidə edilməyib. Lakin Sahil Mühafizə Xidməti yanacağın dağılması halında lazımi tədbirlər görməyə hazırdır.


SON XƏBƏRLƏR

01 Iyun 2025