• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Sabiq birlik sədrinə hökm oxunub
CƏMİYYƏT
20 Noyabr 2025 | 16:03

Sabiq birlik sədrinə hökm oxunub

"Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tofiq Xanəliyevə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci madsəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləyib.

T.Xanəliyev Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR