• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
CƏMİYYƏT
20 Noyabr 2025 | 17:32

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR