• Bakı 22° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi açıqlanıb
İQTİSADİYYAT
31 May 2025 | 14:42

Ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi açıqlanıb

Cari ilin aprel ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,211 milyard manat olub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 12 milyon manat və ya 0,3% azdır.

Belə ki, martın sonuna Azərbaycandakı banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,223 milyard manat idi.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur.

Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.


SON XƏBƏRLƏR

01 Iyun 2025