"Əgər kimsə öz yaxınına orqanını vermək istəyirsə onun xəstəlikləri araşdırılmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin canlı yayımında deyib.
Onun sözlərinə görə, insanlarda əgər virus, infeksiyan, onkoloji xəstəlikləri varsa donor ola bilməz.
"Ölümündən sonra donor olanlardan isə müayinə götürülmür. Çünki heç kim bilmir nə şəkildə dünyasını dəyişəcək", - deyə Yeganə Abbasova əlavə edib.
Mina Mikayılova