• Bakı 23° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

DÜNYA

23 Avqust 2024 | 09:13

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

Arizona polisi cümə axşamı ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı öldürməklə hədələyən şəxsi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxsin insidentsiz olaraq Koçis bölgəsində saxlanıldığı haqda şerifin ofisindən məlumat verilib.

66 yaşlı Ronald Li Sivrud cümə axşamı yerli vaxtla saat 14:30-da saxlanılıb. Ona qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.

CNN-in yerli polis nümayəndəsinə istinadən yaydığı məlumata görə son bir neçə həftə ərzində Sivrud sosial şəbəkələrdə Trampı öldürməklə hədələdiyi bir neçə mesaj dərc edib.

Trampın cümə axşamı Koçisə gəldiyi bildirilir. Tramp oradakı tərəfdarları qarşısında miqrasiya böhranı ilə bağlı çıxış edib.


SON XƏBƏRLƏR

30 May 2025