ABŞ ordusu Suriyadakı bazasına hərbi qüvvələr göndərib.
Bakıvaxtı.az xəbər verir ki, yerli mənbələrdən verilən məlumata görə ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.
ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Həsəkənin Şəddadi rayonundakı hərbi bazaya çatıb.
Bildirilib ki, karvanda həmçinin döyüş sursatı ilə dolu maşınlar, hazır otaqlar və "Avenger" hava hücumundan müdafiə sistemi silahları da var.
Xatırladaq ki, iyunun 25-də ABŞ ordusu Hasəkədə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.
Əli Hüseynov














