• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb

Gündəm

25 Aprel 2024 | 10:27

Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb

Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunublar. Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil edir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək".


SON XƏBƏRLƏR

20 May 2024