• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bakı-Tehran əlaqələri yeni müstəviyə yüksəlir: Yaxın zamanlarda İran tərəfi Zəngəzur dəhlizinin…

SİYASƏT

15 Oktyabr 2024 | 13:57

Bakı-Tehran əlaqələri yeni müstəviyə yüksəlir: Yaxın zamanlarda İran tərəfi Zəngəzur dəhlizinin…

İran prezidenti Məsud Pezeşkian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur.

"Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq" deyən İran prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb.

Pezeşkian Azərbaycana qarşı səhvlərə yol verildiyini də etiraf edib:

“Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”.

Qeyd edək ki, son dönəmlərədək Tehran-Bakı əlaqələri heç də hamar olmayıb, hətta zaman-zaman kifayət qədər gərgin müstəviyə qədəm qoyub.

Siyasi elmlər doktoru, professor Qabil Hüseynli Bakıvaxtı.az-a deyib ki, nə qədər Məsud Pezeşkian İran prezidentidir, Azərbaycanla münasibətlərdə ciddi problemlər olmayacaq.

Ekspertin sözlərinə görə, hətta Pezeşkian dövründə Bakı-Tehran əlaqələrinin inkişafı da istisna edilmir:

"İranda vəziyyəti qarışdıran SEPAH-çılardır. Azərbaycanla münasibətlərin düzəlməməsini, gərginliyin qalmasını istəyənlər də məhz SEPAH və onlara bağlı qüvvələrdir. Təbii ki, işin başında da fars-molla rejimi dayanır. Pezeşkian da bunun fərqindədir. Pezeşkian ağıllı, savadlı, mütərəqqi şəxsdir. Dünyada tibb üzrə tanınmış azsaylı professorlardan sayılır. Çalışır ki, Qərblə yaxınlıq edərək İrana qarşı tətbiq olunan sanksiyaları azaltsın. Ölkəni mümkün qədər müasirləşdirməyə, idarəetməni əmmaməli mollalardan təmizləməyə səy göstərir. Ən əsası isə milliyətcə azərbaycanlı olduğu üçün Azərbaycanı da sevir. Gedişat da göstərir ki, Tehran-Bakı əlaqələri inkişaf yolunda olacaq".

Qabil Hüseynli: Ən əsası Pezeşkian milliyətcə azərbaycanlıdır və Azərbaycanı da sevir

Həmsöhbətimiz vurğulayıb ki, Pezeşkian qonşu Türkiyə və Rusiya ilə əlaqələrə də xüsusi diqqət yetirir:

"Bu yaxınlarda Rusiya XİN başçısı Sergey Lavrovla görüşdə Pezeşkian çox müsbət açıqlamalar verdi. Moskva Sankt-Peterburqdan gələn dəmiryolunun, magistral yolun Hind okeanına çıxması məsələsində Tehran hökumətini fəallaşdırmağa, işləri sürətləndirməyə çalışır. Pezeşkian da Şimal-Cənub dəhlizinin işə düşməsində maraqlı olduğunu vurğulayıb. İran prezidentinin Türkiyəyə münasibəti də qənaətbəxşdir. Artıq tərəflər arasında təmaslar olub”.

Müsahibimizə görə, bunlar imkan verir ki, yaxın zamanda İran tərəfi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində də ciddi addımlar atsın.

“SEPAH-ın bütün əngəllərinə rəğmən, Pezeşkianın ənənəvi rejimə qarşı dirəndiyi, daha uyğun və sivil siyasət yeritmək niyyəti ortadadır", - deyə Qabil Hüseynli əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR