• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Bakıda qanunsuz fəaliyyətin qarşısı alındı - FOTO

CƏMİYYƏT

19 Dekabr 2025 | 12:40

Bakıda qanunsuz fəaliyyətin qarşısı alındı - FOTO

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işləri ilə bağlı sosial şəbəkələrdən daxil olan müraciət əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən 18 dekabr tarixində ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, baxış nəticəsində sözügedən ünvanda qanunsuz aparılan işlər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dərhal dayandırılmış və yerli icra hakimiyyətinin iştirakı ilə axşam saatlarında söküntüsü tam başa çatdırılıb.

Qeyd edək ki, həmin yaşayış binası ilə bağlı məsələ üzrə Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən müvafiq rəy verilmiş və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə aidiyyəti üzrə təqdimat göndərilmişdir.


SON XƏBƏRLƏR