"İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin həcmi artıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
İcraçı direktor bildirib ki, təqdim olunan məlumata görə, pasiyentlərin sayı 5 164 745 nəfərə çatıb, ümumi müraciətlərin sayı isə 23 264 685 olub.
Onun sözlərinə görə, statistik göstəricilərə əsasən, 2024-cü ilin müvafiq dövründə müraciətlərin sayı əvvəlki illərlə müqayisədə artım nümayiş etdirib:
"Müraciətlərdə illik 3-8 faiz, aylıq müqayisədə isə 5 faiz artım qeydə alınıb. Eyni dövrün ötən ili ilə müqayisədə artım 17 faiz təşkil edib".
Zeynəb Rzayeva
Bakı 




