• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bayden Finlandiyaya getdi

DÜNYA

13 Iyul 2023 | 13:18

Bayden Finlandiyaya getdi

ABŞ prezidenti Co Bayden cari ilin aprelində NATO-ya üzv olan Finlandiyaya səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev rəhbəri Skandinaviya ölkəsinin prezidenti Sauli Niinista, hökumət başçısı Peter Orpo, eləcə də digər Skandinaviya ölkələrinin baş nazirləri: Ulf Kristerson (İsveç), Yonas Ster (Norveç), Mette Frederiksen (Danimarka) və Katrin Yakobsdóttir (İslandiya) ilə görüşəcək. 

Bayden 5 il əvvəl Donald Tramp və Vladimir Putin arasında keçirilən sammitdən sonra Helsinkiyə gəedən ilk ABŞ prezidenti olacaq. 

Bayden və Şimali Avropa ölkələrinin liderləri arasında danışıqların əsas mövzusu təhlükəsizlik, ekologiya və texnologiya sahəsində əməkdaşlıq olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026