• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

DÜNYA

23 May 2022 | 22:44

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Danimarka hakimiyyəti Ukraynaya "Harpun" gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

"Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün "Harpun" buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram", - Ostin bildirib.


SON XƏBƏRLƏR