Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antoniu Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə lideri Quterreşə Ukrayna ilə bağlı İstanbul prosesinə hər kəsin dəstək verməsinin, eləcə də fikir ayrılıqlarının aradan qaldırılması səylərinin davam etdirilməsinin vacibliyini bildirib.
















