• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr üzə çıxıb

SİYASƏT

29 Aprel 2024 | 10:59

Türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr üzə çıxıb

Türklərin ermənilər tərəfindən kütləvi köçə və soyqırımına məruz qoyulmalarına dair xəritələr üzə çıxıb.

Bakıvaxtı.az “Star”a istinadən xəbər verir ki, bu barədə adanalı tarixçi və yazar Cezmi Yurtsever faktlar təqdim edib.

Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var.

Qeyd olunub ki, əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir: “Yəni bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir”.

Tarixçi bildirib ki, son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır: “Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”.

Qeyd edək ki, ermənilər uzun illərdir ki 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər.Report


SON XƏBƏRLƏR