• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Faiq Ağayev Aygün Kazımova ilə SEVGİLİ OLUB?

MƏDƏNİYYƏT-ŞOU

24 Aprel 2024 | 09:42

Faiq Ağayev Aygün Kazımova ilə SEVGİLİ OLUB?

“Mən Aygün Kazımovanı 35 ildir tanıyıram və onu 35 ildir ki, sevirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Rəngarəng səhər” verilişində deyib.

Sənətçi Xalq artisti Aygün Kazımova ilə səmimi münasibətlərindən söz salıb:

“Biz “yabalaşan” vaxtlarımızda belə mən onu sevirdim. Amma bu sevgi siz bildiyiniz sevgidən deyil. O, mənə hər zaman deyir ki, “məni səndən çox sevən yoxdur”. Bizim sevgili olduğumuzu deyən adamın dilindən çiban çıxsın. Sağalmayan çiban çıxsın. Yalan danışırlar. Aygün Kazımova mənim üçün dostdur, bacıdır, sirdaşdır, amma heç vaxt pərdədən o tərəfə keçməmişik. Amma sevgili olsaydıq, yaraşardıq, bir-birimizdən razı qalardıq”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024