• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İki cüdoçumuz İslam Oyunlarının finalında

İDMAN

09 Noyabr 2025 | 15:28 | Müəllif: Subhan Mahmudov

İki cüdoçumuz İslam Oyunlarının finalında

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026