• Bakı 26° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

İranın bu şəhəri dünyanın ən isti nöqtəsi oldu

DÜNYA

17 Iyun 2026 | 13:27

İranın bu şəhəri dünyanın ən isti nöqtəsi oldu

İranın Sistan və Bəlucistan əyalətinin Zabol şəhəri son 24 saat ərzində qeydə alınan 47,6°C temperaturla dünyanın ən isti şəhəri olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Zabol ən yüksək temperaturun müşahidə edildiyi yaşayış məntəqələri arasında ilk sırada qərarlaşıb.

Siyahıda Səudiyyə Ərəbistanının Əl-Əhsa (47,4°C) , Pakistanın Sibi (47°C), Səudiyyə Ərəbistanının Yanbu şəhərləri (47°C) qərarlaşıb.

Mütəxəssislər bölgədə davam edən isti hava dalğasının yaxın günlərdə də yüksək temperatur göstəricilərinə səbəb ola biləcəyini bildirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026