• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

İtaliya sahillərində qədim Roma gəmisinin qalıqları aşkar edildi

DÜNYA

10 Fevral 2026 | 10:13

İtaliya sahillərində qədim Roma gəmisinin qalıqları aşkar edildi

İtaliyanın Qallipoli şəhəri sahillərində təsadüfən qədim Roma ticarət gəmisinin qalıqları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Divernet" məlumat yayıb.

Qeyri-adi kəşf İon dənizinin dibinin müntəzəm müayinəsi zamanı aşkar edilib. Ərazini araşdırmaq üçün peşəkar dalğıclar çağırılıb və onlar eramızdan əvvəl IV əsrdə batan böyük bir gəminin demək olar ki, tam qalıqlarını aşkar ediblər.

Gəminin Şimali Afrikadan yola düşdüyü və yüzlərlə qədim amfora ilə yükləndiyi güman edilir ki, bunların da çoxu göyərtədə qorunub saxlanılıb. Gil qablardan balıq sousu, yağ və şərab daşınması üçün istifadə olunub. Mütəxəssislər bildirirlər ki, çox sayda qorunub saxlanılan amfora tapıntını unikal edir.

Gəmi qəzasının tədqiqi üçün yüz minlərlə avro ayrılıb. Tədqiqatın alimlərə Roma imperiyasının ticarəti, tikinti texnologiyaları və dəniz yolları haqqında daha çox məlumat əldə etməyə kömək edəcəyi gözlənilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 Fevral 2026