• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Kafe-restoranların yeni FIRILDAĞI – Bu hallarda şikayət edə bilərsiniz

CƏMİYYƏT

27 Iyun 2022 | 14:50

Kafe-restoranların yeni FIRILDAĞI – Bu hallarda şikayət edə bilərsiniz

Restoranlar bəxşişi məcburi ediblər. Belə ki müştəridən “servis haqqı” adı ilə əlavə ödəniş tələb edirlər. Bu barədə müştəriyə nə əvvəl, nə də sonra məlumat verilmir.  Müştəri ancaq qəbzə baxarsa, bu barədə məlumatlı olur.

Məsələ ilə bağlı iqtisadçı-alim Elşən Bağırzadə Bakıvaxtı.az-a bildirib ki, “servis haqqı” Azərbaycan qanunvericiliyində aydınlıq gətirilməmiş məsələlər sırasındadır. 

“Restoranlar hər hansı xidmət haqqı tətbiq edə bilərlər, ancaq bu müştəri üçün "surpriz" olmamalıdır. Müştərinin bundan öncədən məlumatı olmalıdır. Əks hal, əqdlərin xarakterinə ziddir. Müştərinin tam ixtiyarı var ki, ona "surpriz" şəkildə təqdim edilən bu xidmət haqqlarını ödəməkdən imtina etsin. Restoranlarda belə qayda nəzərdə tutulubsa, bu menyularda, öz əksini tapmalıdır. Bəzi ölkələrdə ümumiyyətlə belə ənənə yoxdur. Bəzi ölkələrdə isə belə ənənə var və xidmət haqqının məbləği müştərinin öz ixtiyarına buraxılır. Hesab edirəm ki, sonuncu daha mütərəqqi yanaşmadır. Yəni müştəri ona göstərilən xidmətin səviyyəsinə görə xidmət haqqını ödəmək imkanı əldə edir. Bu da xidmətin keyfiyyətinə daha çox təsir göstərir”, - deyə iqtisadçı-alim bildirib. 

Onun sözlərinə görə, bəzi ölkələrdə xidmət haqqı menyuya bəlli faiz şəklində daxil olur: “Yəni restoranda müştəri yemək yeyirsə, o restoran sahibi ilə şifahi də olsa bir mülkü-hüquqi əqd bağlamış olur. Əqdin də qiyməti və ya o qiymətin necə formalaşacağı öncədən müştəriyə bəlli olmalıdır. Əks halda, bu istehlakçı hüquqlarının pozulmasıdır.

Özü də nəinki bu xidmət haqqı, həm də vergilər, xüsusilə də ƏDV haqqında restoran müştərini müvafiq qaydada (əsasən menyularda) məlumatlandırmalıdır”. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Aprel 2024