• Bakı 16° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

SİYASƏT

27 Oktyabr 2025 | 12:51

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.


SON XƏBƏRLƏR