• Bakı 16° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

"Qəbələ"dən məğlubiyyət anti-rekordu

İDMAN

27 Oktyabr 2025 | 14:23

Qəbələdən məğlubiyyət anti-rekordu

“Qəbələ” Premyer Liqada 200-cü məğlubiyyətini alıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki,“qırmızı-qaralar” Misli Premyer Liqasının IX turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan Tovuz”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.


SON XƏBƏRLƏR