• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Millimiz Qətərə qarşı

İDMAN

14 Noyabr 2021 | 09:59

Millimiz Qətərə qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.

Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağıdır. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.

Yoxlama oyunu
14 noyabr

21:00. Azərbaycan – Qətər
Baş hakim: Donatas Rumşas (Litva).
Bakı Olimpiya Stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026