• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək 

CƏMİYYƏT

13 Dekabr 2024 | 15:16

Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək 

Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.


SON XƏBƏRLƏR

15 Yanvar 2025