• Bakı 25° C

    12.7 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi

İQTİSADİYYAT

21 Iyun 2026 | 11:51

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026