• Bakı 24° C

    13.29 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Netanyahudan nazirlərə tapşırıq - Bunu etməyin!

DÜNYA

21 Iyun 2026 | 10:02

Netanyahudan nazirlərə tapşırıq - Bunu etməyin!

İsrailin Baş Naziri Benyamin Netanyahu nazirlərindən ABŞ Prezidenti Donald Trampı şəxsən tənqid etməmələrini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “24Nyus” xəbər saytı adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrail hesab edir ki, İran ABŞ ilə mümkün razılaşmadan yararlanaraq iqtisadiyyatını gücləndirə və hərbi imkanlarını artıra bilər.

Bu səbəbdən ABŞ-İran razılaşmasından sonra israilli siyasətçilərin Donald Trampa qarşı narazılığı artmağa başlayıb. Bu məsələ ilə bağlı tənqidlər təkcə Trampa yönəlməyib, həmçinin Təl-Əvivə qarşı sərt bəyanatlar verən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə qədər uzanıb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026